MMA döyüşçümüz Tofiq Musayev “Rizin Gran Prix”də növbəti görüşünü keçirəcək
Həmyerlimiz Tofiq Musayev dünyanın MMA üzrə ən nüfuzlu turnirlərindən olan “Rizin Gran Prix”də iştirak edir.

T.Musayev dekabrın 31-də Yaponiyada turnirin yarımfinal mərhələsi çərçivəsində amerikalı Conni Keys ilə qarşılaşacaq.

T.Musayev ölkəmizin MMA tarixində ilk azərbaycanlı idmançıdır ki, dünya miqyaslı turnirdə bu qədər irəliləyə bilib.
Qeyd edək ki, həmyerlimiz bundan əvvəl oktyabrın 12-də Yaponiyada avstraliyalı rəqibi Damien Braunla qarşılaşıb və cəmi altı dəqiqəyə ona qalib gəlib.


Xəbər 696 dəfə oxundu.