Avro-2012: 175 min avroluq xeyirxahlıq

UEFA 10 gün ərzində keçirdiyi növbəti aksiyaya yekun vurub. «idman.com.az» qitənin ali futbol qurumunun rəsmi saytına istinadən bildirir ki, iyunun 8-də start götürəcək avropa çempionatının rahat və əlverişli yerlər üçün bilet sifarişi kamapaniyası çərçivəsində hərrac keçirib və 175 min avro pul əldə edib. Bu vəsait qitə çempionatını izləməyə gəlmiş fiziki qüsuru olan azarkeşlərin ehtiyaclarının ödəqnilməsinə yönəldiləcək. Aksiyaya qoşulan hər kəs 5 avro ödəyib. Bundan əlavə, UEFA biletin qiymətindən artıq ödənişləri də həmin məbləğin üzərinə əlavə edib.
Bu məbələğə nə almaq olar:
- 5 avroya korlar futbol oyunlarının şərhinə də qulaq asmaq üçün apparat;
- 500 avroya xüsusi könüllürin korlar üçün audioşərhini təşkil etmək;
- 1500 avroya korlar üçün audioşərhi təşkil etmək üçün elektron avadanlıq və s.

Xəbər 1146 dəfə oxundu.