Badmintonçumuz İtaliyada keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıb
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo İtaliyanın Milan şəhərində keçirilən “International” seriyalı turnirinə qələbə ilə başlayıb.

Mübarizəyə əsas mərhələdən qoşulan badmintonçumuz almaniyalı Samuel Hisaonu 2:1 hesabı ilə məğlub edib. E.Dviçayonun səkkizdəbirdə finalda rəqibi fransalı Brise Leverdez olacaq.

Qeyd edək ki, beynəlxalq turnirə 124 kişi və 67 qadın badmintonçu qatılıb.


Xəbər 976 dəfə oxundu.