“Ferrari” 2021-ci il mövsümündə heyəti elan edəcəyi vaxtı açıqlayıb
“Ferrari” komandasının rəhbəri Mattia Binotto 2021-ci il mövsümündə kollektivdə hansı pilotların çıxış edəcəyinin həll olunacağı vaxtdan bəhs edib. Onun sözlərinə görə, bu məsələ təxminən 2020-ci ilin mayında həllini tapacaq. Xatırladaq ki, Şarl Leklerin “Ferrari” komandası ilə çoxillik kontraktı var, Sebastyan Fettelin sazişinin müddəti isə 2020-ci ildə başa çatır.

GrandPX.news portalı Binottonun sözlərindən sitat gətirib: “Ferrari” komandasının bir üstünlüyü var: biz pilotlar arasında çox populyarıq. Biz daha üstün vəziyyətdəyik. Mayın əvvəlində, təxminən Formula 1 İspaniya Qran-Prisi günlərində, biz 2021-ci ildə kiminlə əməkdaşlıq edəcəyimizi anlamaq istəyirik”.

Qeyd edək ki, 2019-cu il mövsümündə “Ferrari” komandası Konstruktorlar Kubokunda “Mercedes”dən sonra ikinci yeri tutub. Fetteli 24 xal qabaqlayan Lekler isə şəxsi hesabda dördüncü olub.

Xəbər 734 dəfə oxundu.