Nazir Azad Rəhimov vətəndaşlarla görüşdü
Bu gün gənclər və idman naziri Azad Rəhimov Biləsuvarda rayon vətəndaşlarını qəbul edib. Qəbulda 11 dən çox vətəndaş iştirak edib.

Müraciətlər sırasına “Gənclər evi”nin müvafiq avadanlıqlarla təmin edilməsi, idman qurğularına idman avadanlığının verilməsi, yerlərdə təlim-məşq toplantısının keçirilməsi, iş ilə təmin olunması, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi daxil idi.

Müraciətlərin bir qismi yerindəcə həll edildi, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirildi. Bir qism müraciət isə baxılması üçün icraya yönəldildi.

Xəbər 3446 dəfə oxundu.