Yunan-Roma güləşçilərimizin Minsk təlim-məşq toplanışı davam edir | |
Yunan-Roma güləşi üzrə yığmamız Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışını davam etdirir. Millimiz “Stayki” Olimpiya İdman Kompleksində yerli komanda ilə birgə hazırlıq keçir. Dekabrın 25-dək davam edəcək hazırlıq prosesində güləşçilərimiz baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində çalışır. Xatırladaq ki, nümayəndə heyətinə Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov rəhbərlik edir. |
|
Xəbər 730 dəfə oxundu. |
|
|