“Grand Prix 2019”: Şəhriyar Məmmədyarov Dmitri Yakovenko ilə heç-heçə edib
İsrailin Qüds/Yerusəlim şəhərində “Grand Prix 2019” seriyasının sonuncu mərhələsinin ilk partiyaları oynanılıb.

Ölkəmizi bu turnirdə təmsil edən qrossmeyster Şəhriyar Məmmədyarovun Rusiya təmsilçisi Dmitri Yakovenko ilə qarşılaşması heç-heçə başa çatıb.

Dekabrın 12-də şahmatçımız rəqibi ilə cavab matçı keçirəcək.

Xəbər 726 dəfə oxundu.