“Napoli” baş məşqçisi Karlo Ançelotti ilə yollarını ayırıb
İtaliyanın “Napoli” futbol klubu baş məşqçisi Karlo Ançelotti ilə yollarını ayırıb.

İtaliya təmsilçisinin UEFA Çempionlar Liqasının son turunda “Genk”i 4:0 hesabı ilə məğlub edərək səkkizdəbir final mərhələsinə yüksəlməsinə baxmayaraq, klub rəhbərliyi A seriyasındakı uğursuzluq səbəbindən 60 yaşlı italiyalı mütəxəssisi istefaya göndərib.

İtaliya mətbuatının məlumatına görə, baş məşqçi postuna “Milan”ın sabiq çalışdırıcısı Cennaro Qattuzonun gətiriləcəyi deyilir.

Qeyd edək ki, “Napoli” İtaliya çempionatında 21 xalla yeddinci pillədə qərarlaşıb.

AZƏRTAC

Xəbər 701 dəfə oxundu.