Bakıda “UEFA GROW” layihəsi çərçivəsində ölkə üzrə keçirilmiş müstəqil araşdırmanın nəticələri təqdim olunub
Bakıda “Nielsen” şirkəti tərəfindən UEFA-nın maliyyə dəstəyi ilə “UEFA GROW” layihəsi çərçivəsində ölkə üzrə keçirilmiş müstəqil araşdırmanın nəticələri təqdim olunub.

Araşdırma futbol ilə bağlı müxtəlif sahələri əhatə edib. UEFA-nın milli assosiasiyaların biznes inkişafı üzrə koordinatoru Manuel Ruess dekabrın 11-də araşdırmanın nəticələrini AFFA əməkdaşlarına təqdim edib, nəticələr və gələcək planlar müzakirə olunub.

Bu araşdırma sayca üçüncüdür. Daha öncə Kantar Media şirkəti tərəfindən 2015-ci və 2017-ci illərdə ölkə üzrə analoji araşdırma keçirilib.

“UEFA GROW” UEFA-nın 55 üzv milli assosiasiyalara müxtəlif sahələrin inkişafı ilə bağlı dəstək proqramıdır. AFFA 2015-ci ildən başlanan layihənin fəal iştirakçılarındandır.

AZƏRTAC

Xəbər 716 dəfə oxundu.