«Liverpul»da yeni baş məşqçi

İngiltərə futbol Premyer Liqasında uğursuz çıxış edən «Liverpul»unun yeni baş məşqçisinin adı artıq məlumdur. «idman.com.az» BBC-yə istinadən bildirir ki, 39 yaşlı Brendan Rocerslə 3-illik müqavilə imzalanacaq. Yeni sükançının keçidinə görə «mersisaydlılar» «Suonsi»yə 5 milyon funt sterlinq təzminat ödəyəcəklər. Qeyd edək ki, uğursuz nəticə səbəbilə mayın 16-da komandanı kenni Dalqliş tərk edib.

Xəbər 973 dəfə oxundu.