Klub gəliri azalır, futbolçu maaşı artır

İngiltərədə analitiklər hesabğlayıblar ki, yaxın gələcəkdə İnjgiltərə futbolu defoltla üz-üzə qala bilər. Çünki klubların gəlirləri futbolçuların məvacibinə uyğun tərzdə artmır. «idman.com.az» AFP-nin yaydığı məlumata əsasən, bildirir ki, 2010-11-ci illər mövsümündə Premyer Liqada futbolçulara ödənilən məvacib 201 milyon funta qədər (251 milyon avro və ya 312 miloyn dollar) artıb. Bu rəqəm əvvəlki illərlə müqayisədə 14 faiz çoxdur.
«Deloitte»nin analitikləri hesablayıblar ki, həmin müddətdə klubların gəlirləri cəmi 12 faiz artıb və 2 milyard 270 milyon funt təşkil edib. «Deloitte»nin idman üzrə biznes-qrupunun direktoru Alan Svitser bunu təhlükəli tendensiya hesab edir. Onun fikrincə, tezliklə UEFA-nın ədalətli maliyyə bölgüsü qaydalarının qüvvəyə minməsindən sonra komandaların böyük problemlərlə üz-üzə qalacaqlar və klublar gəlirlərini tənzimləməyə çalışmalıdırlar. Ən böyük problemlər «Çelsi» və «Mançester Siti»ni gözləyir.
Maraqlıdır ki, bəzi məlumatlara görə, həmin mövsüm müxtəlif liqalarda cəmləşən 92 klub ölkə büdcəsinə 1,2 milyard sterlinq ödəyiblər və bu da daha əvvəllərlə müqayisədə 20 faizlik artım deməkdir.

Xəbər 1095 dəfə oxundu.