Kikboksinq üzrə respublika turnirinin qalibləri müəyyənləşib
Ağsu Olimpiya İdman Kompleksində Azərbaycanın Milli qəhrəmanı Yusif Əliyevin xatirəsinə kikboksinq üzrə respublika turniri keçirilib.

Turnirdə respublikanın müxtəlif şəhər və rayonlarından 18 komandanın tərkibində 150-yə yaxın idmançı mübarizə aparıb.

“Neftçi”nin kikboksçuları turnirdə 6 qızıl, 4 gümüş, 9 bürünc medal qazanaraq komanda hesabında birinci olublar. “Qarabağ” komandası ikinci, Mingəçevirin “Niko Fayt” klubu isə üçüncü yeri tutublar.

Qaliblərə diplom, medal və hədiyyələr təqdim edilib.


Xəbər 992 dəfə oxundu.