Spartakiada çərçivəsində stolüstü tennis yarışlarına yekun vurulub
Spartakiada çərçivəsində stolüstü tennis yarışlarına yekun vurulub
10.12.2019 [15:41]
Bakı, 10 dekabr, AZƏRTAC

Orta ixtisas təhsil müəssisələri tələbələri arasında XIV Respublika spartakiadası çərçivəsində qızlar arasında stolüstü tennis yarışları keçirilib.

Yekun nəticələrə görə ən yüksək nəticəni Bakı 2 nömrəli Baza Tibb Kollecinin təmsilçiləri göstəriblər. Azərbaycan Dövlət Pedaqoji və Bakı İdarəetmə və Texnologiya kolleclərinin stolüstü tennisçiləri isə sonrakı yerləri tutublar.

“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə keçirilən yarışda 6 komanda iştirak edib.

Xəbər 1003 dəfə oxundu.