Boks millimiz təlim-məşq toplanışını Abşeron Olimpiya İdman Kompleksində davam etdirəcək
Kişi boksçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplanışının Bakı Boks Mərkəzində keçirilən ilkin mərhələsi başa çatıb.

Baş məşqçi Umberto Orta Dominqezin rəhbərliyi altında bir araya gələn yığma hazırlığı Abşeron Olimpiya İdman Kompleksində davam etdirəcək. Buradakı hazırlıq isə dekabrın 9-dan 27-dək davam edəcək. Baş məşqçi daha sonra komandaya 4 günlük istirahət verməyi planlaşdırır.

Gündə 2 dəfə məşq edən komandamızın düşərgəsinə 21 boksçu dəvət olunub.

Xəbər 981 dəfə oxundu.