Azərbaycan taekvondoçuları Avropa birinciliyində yeddi medal qazanıblar
Almaniyada uşaq taekvondoçular arasında keçirilən Avropa birinciliyinə yekun vurulub.

Yarışların sonuncu günündə daha iki taekvondoçumuz mükafatçılar sırasında yer alıb. Yarışa qatılan Elmira Bayrak (22 kq, Sumqayıt, “Təhsil”) və Süleyman Həsənov (24 kq, Gədəbəy “Gənclər İdman Klubu”) bürünc medal qazanıblar.

Turnirin birinci günündə “Ümid” taekvondo klubunun yetirməsi Mehdi Budaqlı (27 kq) qızıl medala, Aydın Süleymanov (32 kq, Sumqayıt “Təhsil”), Mürşüd Qasımov (39 kq, “Əmin”), Tamerlan Yaqubov (29 kq, FHN) gümüş, Fərdi Quşxani (35 kq, “Ümid”) isə bürünc medallara sahib olublar.

Taekvondoçularımız məşqçi-müəllimlərdən İlkin Şahbazov, Rəşad Məmmədov, Beyrək Bağırov və Ziya Qasımovun rəhbərliyi ilə mübarizə aparıblar.

Beləliklə, yarışda 10 idmançı ilə mübarizə aparan idmançılarımız 7 medala sahib olublar.

Xəbər 973 dəfə oxundu.