Azərbaycanın taekvondo üzrə yığma komandasının baş məşqçisi Rusiyada mükafata layiq görülüb
Moskvada təşkil olunan taekvondo üzrə Qran-Pri turnirinin final mərhələsindən sonra hər il olduğu kimi bu il də qala gecə keçirilib.

Tədbirdə Ümumdünya Taekvondo Federasiyası tərəfindən müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunub.

Azərbaycanın böyüklərdən ibarət taekvondo üzrə yığma komandasının baş məşqçisi Reza Mehmandoust da mükafata sahib olub. Belə ki, millimizin baş məşqçisi “İlin ən yaxşı məşqçisi” adına layiq görülüb.

Xatırladaq, həmin turnirdə iştirak edən Azərbaycanın taekvondo üzrə millisinin iki üzvü medal qazanıb.

Xəbər 955 dəfə oxundu.