Azərbaycan Premyer Liqasının 14-cü turunun iki qarşılaşması oynanılıb
Dekabrın 8-də futbol üzrə Azərbaycan Premyer Liqasının 14-cü turunun iki qarşılaşması oynanılıb.

“Zirə” öz meydanında “Səbail” klubunu 4:1 hesabı ilə məğlub edib. “Sumqayıt” isə səfərdə “Qəbələ” ilə heç-heçə edib – 1:1.

Xatırladaq ki, tura dekabrın 7-də “Qarabağ” “Keşlə” oyunu ilə start verilmişdi. Həmin görüşdə qalib müəyyənləşməyib – 2:2.
Tura saat 17:00-da “Sabah” – “Neftçi” oyunu ilə yekun vurulacaq.


Xəbər 644 dəfə oxundu.