Abşeron Olimpiya İdman Kompleksində Sumo üzrə Azərbaycan Çempionatı keçirilir
Dekabrın 8-də Abşeron Olimpiya İdman Kompleksində Sumo üzrə Azərbaycan Çempionatına start verilib.

Ölkə birinciliyində 15-dək regiondan 150-ə yaxın idmançı iştirak edir.

Yarışda kadetlər, yeniyetmələr, gənclər və böyüklər öz qüvvələrini sınayırlar.

Qeyd edək ki, yarışın qalibləri Gənclər və İdman Nazirliyi və Azərbaycan Sumo Federasiyası tərəfindən diplom və medallarla təltif olunacaq.


Xəbər 731 dəfə oxundu.