Uşu üzrə millimiz Dağıstanda beynəlxalq turnirdə gücünü sınayır
Dekabrın 7-də Dağıstanda Əli Əliyev adına İdman Kompleksində uşu üzrə beynəlxalq turnirə start verilib.

Turnirdə ölkəmizi dördqat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Elçin Eminov, Emin Əsgərzadə (hər ikisi 56 kq), Səfərəli Rzayev, Emin Abbasov (hər ikisi 60 kq) və Rasim Kərimov (75 kq) təmsil edirlər.

Hakim Elşən Rəsulzadə yarışlarda ədaləti qoruyur.
Azərbaycan komandası yarışda böyük məşqçi Baharətdin Səlimovun rəhbərliyi altında mübarizə aparır.

Qeyd edək ki, beynəlxalq yarışda 10 ölkədən 600-ə yaxın idmançı qüvvəsini sınayır.

Xəbər 656 dəfə oxundu.