Bakı İdman Sarayında budo döyüş növləri üzrə dünya kuboku turnirinə start verilib | |
Dekabrın 7-də Bakı İdman Sarayında budo döyüş növləri üzrə dünya kuboku turnirinə start verilib. Turnirdə 14 ölkədən 900-dək idmançı iştirak edir. Yarışlar semi-kontakt, full-kontakt, fri-kontakt, layt-kontak, sabaki-citsu, submission, B-1, F-1 və S-1 qaydaları üzrə keçirilir. Qeyd edək ki, dünya kuboku turniri Gənclər və İdman Nazirliyinin, Azərbaycan Budo Döyüş Növləri Federasiyasının birgə təşəbbüsü ilə təşkil olunub. Yarışa dekabrın 8-də yekun vurulacaq. |
|
Xəbər 682 dəfə oxundu. |
|
|