“Bursaspor» da Avropadan qovuldu

«Beşikdaş»ın ardınca, UEFA «Bursaspor»u da cəzalandırdı. Komandaya ölkə kubokunun finalına çıxdığı üçün Avropa Liqasına vəsiqə qazansa da, artıq yarışı kənardan izləməli olacaq. «idman.com.az» Türkiyə mətbuatına istinadən bildirir ki, kluba 200 min avro pul cəriməsi də kəsilib. Yaxın 3 il ərzində klub UEFA qaydalarını pozarsa, cəza daha da ağırlaşdırılacaq. «Bursaspor»un prezidenti İbrahim Yazıçı bunu «hüquq cinayəti» adlandırıb: «Bizim heç kimə borcumuz yoxdur. Bu, olmayan borca görə cəzadır. Keçmişdən qalan bir məsələyə görə belə qərar verilə bilməz». Klub Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.

Xəbər 999 dəfə oxundu.