Polşada idman fotoqrafı Tomaş Vişnevskinin sərgisi açılıb
Polşanın Rumya şəhərində polyak idman fotoqrafı Tomaş Vişnevskinin sərgisi açılıb.

Əlillər arasında Armrestlinq üzrə 2018-ci ildə Polşada keçirilmiş Dünya Kubokuna həsr edilən sərgidə azərbaycanlı idmançıların da fotoları var. Sərginin açılışına həmin yarışların iştirakçıları, həmçinin Azərbaycandan gələn qonaqlar qatılıb. Bu yarışlarda ölkəmizi müxtəlif kateqoriyalar üzrə 4 idmançı təmsil etmişdi.

Sərgi dekabrın 14-dək davam edəcək.

AZƏRTAC

Xəbər 684 dəfə oxundu.