Şahmatçılarımız qitə çempionatında liderlər qrupunda mübarizəni davam etdirirlər | |
Estoniyanın paytaxtı Tallinndə rapid üzrə Avropa çempionatının ilk 7 turunun oyunları keçirilib. Ölkəmizi qitə çempionatında təmsil edən Qədir Hüseynov və Rauf Məmmədov 7 turdan 6 xal toplayaraq liderlər qrupunda qərarlaşıblar. Digər şahmatçımız Rəfael Bayramlının aktivində isə 3 xal var. İki gün davam edəcək turnirə 34 ölkədən 474 şahmatçı qatılıb ki, onlardan da 47-si qrossmeysterdir. İsveçrə sistemi üzrə keçirilən yarış 13 turdan ibarətdir. |
|
Xəbər 713 dəfə oxundu. |
|
|