«Dəmiryolçular» transferlərə 20-25 milyon avro xərcələyəcəklər

Rusiya futbol çempionatında çıxışı uğursuz qiymətləndirilmiş Moskva «Lokomotiv»inin qarşıdakı il üçün planları açıqlanıb. «idman.com.az» «qazeta.ru»ya istinadən bildirir ki, komandanın mövsümün yekunlarına həsr olunmuş iclasında prezident Olqa Smorodskayanın vəzifəsində qalması qərara alınıb. Tam müəyyən olunmasa da, vitse-prezident Aleksey Smertin postunu tərk edə bilər. Bu günlərdə «dəmiryolçular» xorvatiyalı mütəxəssis Slaven Biliçlə anlaşıblar. Onun qarşısında ilk 3 yerdən birini tutmaq vəzifəsi qoyulub. Bu məqsədlə komandanın oyunçu almasına 20-25 milyon avro maliyyə vəsaiti ayrılacaq.

Xəbər 884 dəfə oxundu.