Ranyeri əlahəzrətin klubuna başçılıq edəcək

İğaliyalı mütəxəssis Klaudio Ranyeri Fransa futbol çempionatının aşağı divizionunda çıxış edən Monako knyazlığının eyniadlı klubunun sükanı arxasına keçib. «idman.com.az» «Monako» klubun rəsmi saytına istinadən bildirir ki, mütəxəssislə 2-illik müqavilə imzalanıb. Ranyerinin sonuncu iş yeri Milan «İnter»i olub. 60 yaşlı məşqçi ilə İtaliyada «Fiorentina» və İngiltərə «Uest Bromviç»i də maraqlanırdı.

Xəbər 845 dəfə oxundu.