«Qalatasaray» transferlərdə UEFA-nı gözləyəcək

Türkiyə milli futbol çempionatının son qalibi «Qalatasaray» transferlərə çox tələsməyəcək. «idman.com.az Türkiyə mətbuatına istinadən bioldirir ki, klub rəhbərliyi UEFA-nın qərarını gözləmək niyyətindədir. Oyun alqı-satqısı ilə bağlı araşdırma yekunlaşmadığından və UEFA-nın rəsmi mövqeyi bilinmədiyindən «Cim Bom»un idarə heyəti böyük risk etməyi düşünmür. Ölkənin avrokuboklarda iştirakı dayandıralarsa, klub transfer büdcəsini daraldacaq. Bununla bağlı qitə futbol qurumunun sabah açıqlaması gözlənilir.

Xəbər 906 dəfə oxundu.