Dünyada «Şeytan»ın azarkeşi hamıdan çoxdur

İngiltiərənin «Mançester Yunayted» klubu dünyanın futbol azarkeşi sarıdan ən «varlı» klubudur. «idman.com.az»ın «The Guardian»a istinadən verdiyi məlumata görə, «Qırmızı şeytanlar»ın bütün dünyada 659 milyon azarkeşi var. Onların cəmi 11 faizi Böyük Britaniyada yaşayır. Klubun ən çox fanatı Cənub-Şərqi Asiya və Sakit okean hözəsində məskunlaşıb (325 milyon). Yaxın şərq və Afrikada 173 milyon təqibçisi olan «Yunayted»i Çində 108 milyon insan sevə-sevə izləyir. Qeyd edək ki, son belə araşdırma 5 il əvvəl aparılıb. O vaxtdan bu yana mançesterlilərin azxarkeş ordusu 98 faiz artıb.

Xəbər 950 dəfə oxundu.