Şahmatçılarımız Tallində Avropa çempionatının rapid yarışlarında mübarizə aparacaqlar | |
Dekabrın 5-6-da Estoniyanın paytaxtı Tallində rapid üzrə Avropa çempionatı keçiriləcək. Ölkəmizi qitə çempionatında 4 şahmatçı təmsil edəcək. Təmsilçilərimizdən 2-si - Qədir Hüseynov (2705) və Rauf Məmmədov (2661) turnirin reytinq favoritləri hesab olunurlar. Q.Hüseynov turnirin reytinq favoritləri arasında 2-ci, R.Məmmədov isə 6-cı pillədədirlər. Turnirdə iştirak edəcək digər idmançılarımız Rəfael Bayramlı start reytinqdə 431-ci, Yusif Kərimli 439-cudur. Otuz dörd ölkədən 474 şahmatçının (onlardan 47-si qrossmeysterdir) qatılacağı yarış İsveçrə sistemi üzrə keçiriləcək və 13 turdan ibarət olacaq. |
|
Xəbər 709 dəfə oxundu. |
|
|