Bakıda alpaqut üzrə seminar keçirilib
Azərbaycan Alpaqut Federasiyasının Bakı regional nümayəndəliyinə daxil olan filialların idmançıları üçün seminar keçirilib.

Alpaqut Turan döyüş sənətinin müəllifi, kutsan Vasif Namazovun tapşırığına uyğun olaraq təşkil edilən seminarda 100-dən artıq uşaq, yeniyetmə və gənc idmançı iştirak edib.

Federasiyasının Bakı regional nümayəndəliyinin rəhbəri Şahlar Vəliyev tərəfindən keçirilən seminarda idmançıların ustalıq səviyyəsi yoxlanılıb. Seminar iştirakçıları, eyni zamanda alpaqut döyüş sənəti barədə metodik məlumatlar alıb, yeni qəbul edilmiş qaydalarla tanış olublar.

Bu cür seminarların ölkənin digər regionlarında da keçirilməsi nəzərdə tutulur.

Xəbər 545 dəfə oxundu.