Eşitmə qüsurlu əlillər arasında futzal üzrə “Payız turniri”nə start verilib
AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin və “Bakcell” şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə Memarlıq və İnşaat Universitetinin idman zalında eşitmə qüsurlu əlillər arasında futzal üzrə “Payız turniri”nə start verilib.

Turnirdə “Bakı”, “Azəri”, “Zirvə”, “Şimşək” və “Ümid” komandaları birincilik uğrunda mübarizə aparırlar.

Birinci turda “Azəri” “Bakı”nı 4:2, “Ümid”i 6:2, “Şimşək” isə “Zirvə”ni 2:1 hesabı ilə məğlub edib.

Xəbər 704 dəfə oxundu.