Astarada sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib
29-30 noyabr tarixlərində Dağıstanın Babayurd şəhərində 2002-2009-cu il təvəllüdlü idmançılar arasında sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib.

Turnirə məşqçi Namiq Quliyevin rəhbərliyi altında sərbəst güləşçilərimizdən ibarət Azərbaycan yığma komandası da qatılıb.

Yekun nəticələrə görə, 55 kq çəki dərəcəsində Ramiq Heybətov qızıl medala layiq görülüb. Eyni zamanda Ramiq Heybətovun şəxsi məşqçisi Nizami Axundov medal və diplomla təltif olunub.

Xəbər 672 dəfə oxundu.