Arda Turana rəqib alındı
UEFA Avropa Liqasının qalibi olan İspaniyanın Madrid «Atletiko»su Portuqaliya «Portu»sündan uruqvaylı Kristian Rodrigesi transfer edib. «idman.com.az» klubun rəsmi saytına istinaədən bildirir ki, artıq danışıqlar müsbət nəticə verib.

Ümumən, universal olan Rodrigesi madridlilərin sükançsı Dieqo Simeone məhz onun mövqeyində rəqabət yaratmaq üçün bu addımı atır. «Atletiko»nun idman direktoru Xose Luis Peres müsahibəsində deyib ki, artıq klubun hücum xətti daşha fərqli olacaq, xeyli zəngienləşəcək: «Çüqnki hər iki qanadda oynaya bilər».

O, 2008-ci ildən bu yana «Portu»da ölkə çempionatında 70 oyunda meydanda olub və 18 dəfə qapıları dəqiq nişan alıb. Üstəlik, İtaliya pasportu olduğundan onun Avropa çempionatları üçün də maraqlı futbolçuya çevrilib.

Xəbər 1019 dəfə oxundu.