Cüdo üzrə açıq birinciliyin qalibləri müəyyənləşib
Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin (DGK İSM) “Gömrükçü” idman klubunun cüdo üzrə açıq birinciliyi keçirilib.

Şağan Olimpiya İdman Kompleksində 2006-2007-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən yarışda 14 komandanın tərkibində 111 idmançı mübarizə aparıb.

Yekun nəticəyə görə, ümumi hesabda “Gömrükçü” komandası birinci pillədə qərarlaşıb. “Neftçi” ikinci, “Kano” komandası isə üçüncü yeri tutublar. Açıq birincilikdə ilk üç yeri tutmuş idmançılar diplom və medallarla təltif ediliblər. Yarışda fərqlənənlərə müxtəlif nominasiyalar üzrə diplomlar da təqdim edilib.

Xəbər 736 dəfə oxundu.