İstanbulda Türk Şurasının üçüncü Gənclər Festivalının rəsmi açılış mərasimi keçirilib
Dekabrın 3-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) üçüncü Gənclər Festivalının rəsmi açılış mərasimi keçirilib.

Festivalda Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan olan nümayəndə heyətləri iştirak edirlər.

Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan tədbirdə çıxış edərək türkdilli xalqlar arasında yaxınlığın əsasını təşkil edən amillərdən birinin mədəni münasibətlər olduğunu bildirib. Burada gənclərin böyük rol oynadığını deyən sədr bu səbəbdən gənclər arasındaki münasibətlərin inkişaf etdirilməsini vacibliyini vurğulayıb. Qeyd edilib ki, bu münasibətlər türkdilli dövlətlər arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcək. Bu baxımdan belə festivalların əhəmiyyətini vurğulayan B.Ərdoğan rəhbəri olduğu Dünya Etnoidman Konfederasiyasının təbliğ etdiyi milli idman növlərinin də gənclərin yaxınlaşmasında mühüm rol oynadığını deyib. O, türkdilli xalqların milli idman növlərinin inkişaf etdirilməsinin vacibliyini bildirib.

Tədbir dekabrın 6-dək davam edəcək.

AZƏRTAC

Xəbər 654 dəfə oxundu.