36 xalı silindi, amma yüksəkdə qaldı
İsveçrədə milli futbol çempionatında yüksək divizionun iştirakçılarının adları artıq bəllidir. «idman.com.az»ın xəğbərinə görə, ölkə futbol federasiyasının 36 xalını sildiyi klub mövsümün yekununda aşağı diviziona düşməmək üçün pley-offda qüvvəsini sınamalı oldu.

Bu qədər xal itkisinə rəğmən aşağı dəstəyə tam yuvarlanmayan klub son şansdan faydalanaraq, ikinci dəstənin ikincisi «AArau»nun müqavimətini qıra bilib. İlk görüşdə 3:0 hesabı ilə üstünlük əldə edən syonlular təkrar qarşılaşmada da rəqibinə fürsət verməyib – 1:0.

Xəbər 1070 dəfə oxundu.