Azərbaycan Voleybol Federasiyasının əməkdaşı beynəlxalq oyuna təyinat alıb
Almaniyanın Fridrihşafen şəhərində kişi voleybolçular arasında Çempionlar Liqasının oyunu keçiriləcək. E qrupu çərçivəsində təşkil olunacaq "Fridrihşafen"-Rozelar” (Belçika) qarşılaşmasına Azərbaycan Voleybol Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişman təyinat alıb.

Avropa Voleybol Konfederasiyası (CEV) təmsilçimizi dekabrın 4-də baş tutacaq görüşə supervayzer təyin edib. İlk tur çərçivəsində keçiriləcək oyun “Fridrihşafen Arena”da olacaq.

Xəbər 681 dəfə oxundu.