Azərbaycanın aparıcı cüdoçuları Yaponiyada təlim-məşq prosesində iştirak edirlər
Azərbaycanın cüdo üzrə kişilərdən və qadınlardan ibarət milli komandalarının aparıcı üzvləri hazırda Yaponiyada təlim-məşq toplanışındadırlar.

İdmançılarımız baş məşqçilər Ruslan Maşurenko, Rəşad Məmmədov və məşqçi Elxan Məmmədovun rəhbərliyi ilə gündə iki dəfə məşq edirlər.

Tokiodakı toplanışda Kəramət Hüseynov, Oruc Vəlizadə, İbrahim Əliyev, Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov, Hidayət Heydərov, Murad Fətiyev, Məmmədəli Mehdiyev, Elmar Qasımov, Zelim Kotsoyev, Uşangi Kokauri, İçinxorloo Munxtsedev, Aişə Qurbanlı, Leyla Əliyeva, Aleksandra-Larisa Florian və Gültac Məmmədəliyeva qoşulublar.

Cüdoçularımızın bu il sonuncu ciddi sınağı dekabrın 12-dən 15-dək Çində keçiriləcək nüfuzlu “Masters” yarışı olacaq.

Dünyanın ən güclü cüdoçularının qatılacaqları beynəlxalq turnir Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Xəbər 843 dəfə oxundu.