Region liqası: Şimal derbisində qusarlılar qalib gəlib
Qusarın “Şahdağ” futbol klubu Azərbaycan Region Liqasının VI turunun oyunları çərçivəsində inamlı qələbə qazanıb.

Paytaxt və şimal zonası qrupunda keçirilən qarşılaşmada Qubanı təmsil edən “Şahdağ” komandası ilə qarşılaşan qusarlılar rəqibini 4:0 hesabı ilə məğlub edib.

Şimal derbisində qələbə qazanan qusarlılar qrup liderliyini qoruyur. Bütün oyunlarda qalib gələn “Şahdağ”ın (Qusar) hesabında 6 turdan sonra 18 xal var.

Xəbər 732 dəfə oxundu.