Binəqədi rayon məktəbliləri arasında “Dama” birinciliyi keçirilib
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində 2006-2009-cu il təvəllüdlü uşaq və yeniyetmələr arasında “Dama” birinciliyi keçirilib.

Yarışın nəticəsinə görə, 3 №-li tam orta məktəbin komandası birinci olub. 283 №-li tam orta məktəbin və 83 №-li məktəb-liseyin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.


Xəbər 703 dəfə oxundu.