Luis Hamilton Formula 1 üzrə dünya çempionatının cari mövsümünü qələbə ilə başa vurub
Formula 1 üzrə dünya çempionatının 2019-cu il mövsümünə dekabrın 1-də Əbu-Dabidə yekun vurulub.

Mövsümün sonuncu yarışında “Mercedes”in pilotu Luis Hamilton birinci olub. “Red Bull”un üzvü Maks Ferstappen yarışı ikinci, “Ferrari”nin pilotu Şarl Lekler isə üçüncü pillədə başa vurublar.

Qeyd edək ki, L.Hamilton daha əvvəl 6 qat dünya çempionluğunu təmin edib. “Mercedes” isə Konstruktorlar Kubokunun qalibi olub.

Xəbər 745 dəfə oxundu.