Çimərlik futbolu üzrə FIFA referimiz dünya çempionatının final oyununu idarə edəcək
Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov yeni təyinat alıb.

Azsport.az AFFA-ya istinadən xəbər verir ki, həmyerlimiz Paraqvayda keçirilən dünya çempionatının final oyununu idarə edəcək. O, bu gün keçiriləcək İtaliya-Portuqaliya görüşünün hakimi olacaq.


Xəbər 710 dəfə oxundu.