“Qəbələ” komandası “Zirə”nin qapısından üç cavabsız top keçirib
Noyabrın 30-da futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turuna “Qəbələ”-“Zirə” oyunu ilə start verilib.

Qəbələ şəhər stadionunda keçirilən oyunda meydan sahibləri “Zirə”nin qapısından üç cavabsız top keçiriblər.

“Qəbələ”nin heyətində Rövlan Muradov, Fernan Lopez və Davit Volkov fərqləniblər.

Günün ikinci görüşü “ASCO Arena”da keçirilir. “Keşlə” klubu “Sumqayıt” komandasını qəbul edir.

Turun üçüncü görüşü dekabrın 1-də oynanılacaq. “Səbail” “Neftçi”ni qonaq edəcək. “ASCO Arena” stadionunda Orxan Məmmədovun idarə edəcəyi oyun saat 15:00-da başlayacaq. Turun sonuncu qarşılaşmasında “Sabah” öz meydanında “Qarabağ”ı qəbul edəcək. Əliyar Ağayevin idarə edəcəyi qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Turnir cədvəlinə 27 xalla “Qarabağ” klubu başçılıq edir. Hesabındakı xalların sayını 12-yə çatdıran “Qəbələ” yeddinci yerə yüksəlib. “Zirə” isə 14 xalla beşinci pillədədir.

Xəbər 698 dəfə oxundu.