«Beşikdaş» Avropadan kənarlaşdırıldı

Türkiyənin «Beşikdaş» futbol klubu Avropa kuboklarından uzaqlaşdırılıb. «idman.com.az» Türkiyə mətbuatına istinadən bildirir ki, UEFA rəsmiləri ilə «Qara qartallar»ıen rəhbərliyinin son görüşündən sonra kluba bir illik cəza kəsilib. Bu isə «Əskişəhərspor»un yeni mövsüm Avropa Liqasında çıxış etməsinə yol açır. Kluba 500 min avro cəza kəsilib. Yaxın 5 il ərzində UEFA-nın müəyyən etdiyi qaydalardan kənara çıxılarsa, komanda daha ağır cəza alacaq və ən azı, 2 il müddətinə Avrokuboklardan uzaqlaşdırılacaq.

Xəbər 948 dəfə oxundu.