Bakıya gələcək milliləri doğru təxmin edənlər “Avro 2020”yə iki bilet qazanacaqlar
Futbol üzrə “Avro 2020”nin 3 qrup və bir 1/4 final mərhələsi oyununa ev sahibliyi edəcək Bakı azarkeşlərə böyük futbol həyəcanını yenidən yaşadır. İndi hər kəsin gözü noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək final mərhələsinin püşkatma mərasimindədir. Püşkatma nəticəsində Bakıya gələcək milli komandaların adları bəlli olacaq.

Püşkatmaya olan marağı nəzərə alaraq, futbolda təxminlərinə güvənənlər üçün https://euro2020.affa.az/az/prediktor/ saytında xüsusi bölmə yaradılıb. Bakıya gələcək millilərin adlarını doğru təxmin edənlər yarışa 2 bilet qazanacaqlar.

Bunun üçün https://euro2020.affa.az/az/prediktor/ saytına daxil olaraq qeydiyyatdan keçmək və təxminlər əsasında Bakıya gələcək milli komandaların adlarını qeyd etmək lazımdır. Püşkatmadan sonra, dekabrın 2-də doğru təxmin yazan iştirakçılar arasında təsadüfi seçim aparılacaq. Adı qaliblər sırasında çıxan ilk 5 nəfərə “Avro 2020”nin Bakıda keçiriləcək oyunlarından birinə 2 bilet hədiyyə olunacaq.

Xatırladaq ki, 2020-ci ildə Avropa çempionatının 4 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun 3 qarşılaşması, iyulun 4 isə 1/4 final mərhələsinin 1 matçı BOS-da keçiriləcək.

Xəbər 723 dəfə oxundu.