Eduard Məmmədov veteran kikboksçular arasında dünya çempionu olub
Antalyada kikboksinqin WAKO versiyası üzrə full-kontakt və kik-layt növlərində dünya çempionatı keçirilir.

Azərbaycanın tanınmış idmançısı, “Ağ canavar” ləqəbli dəfələrlə Avropa və dünya çempionu olmuş Eduard Məmmədov veteran kikboksçular arasında kik-layt versiyası üzrə dünya çempionu olub.

Qeyd edək ki, bu, idmançımızın 2019-cu ildə ikinci dünya çempionluğudur. E.Məmmədov Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda bu ilin oktyabrında keçirilmiş dünya çempionatında kikboksinqin layt-kontakt versiyası üzrə dünya çempionu adına layiq görülüb.

Xəbər 1041 dəfə oxundu.