Çində vinq-çun üzrə dünya çempionatına start verilib
Noyabrın 29-da Çinin Foşan əyalətində vinq-çun üzrə VI dünya çempionatına start verilib.

Çempionatda ölkəmizi Əlfi Məmmədov (60 kq), Nihat Azayev (65 kq), Eysevər Zülfiyev (70 kq), Arzuman Rəsulzadə (75 kq), 36 yaşdan yuxarı idmançılar arasında Mahmud Mehdioğlu və ustaların yarışında Asif Sayadov təmsil edirlər.

Döyüşçülərimiz mundialda full-kontakt və vinq-çun tao növlərində yarışırlar.

Qeyd edək ki, çempionatda 41 ölkədən idmançılar birincilik uğrunda mübarizə aparırlar.

Xəbər 591 dəfə oxundu.