“Arsenal” rəhbərliyi baş məşqçi Unay Emerini istefaya göndərib
İngiltərənin “Arsenal” futbol klubunun rəhbərliyi baş məşqçi Unay Emerini istefaya göndərib.

48 yaşlı ispaniyalı mütəxəssisin istefaya göndərilmə səbəbi komandanın son oyunlarda uğursuz çıxışı olub. U.Emeri öz məşqçi heyəti ilə birgə “Arsenal”ı tərk edib. Baş məşqçi vəzifəsini müvəqqəti olaraq Fredrik Yunqberq icra edəcək.

London təmsilçisi cari mövsümdə keçirdiyi son 7 matçın heç birində qələbə qazana bilməyib. Bu, klubun son 27 ildə ən pis göstəricisidir.

Xatırladaq ki, U.Emeri “Arsenal”a 2018-ci ilin yazından rəhbərlik edirdi.

AZƏRTAC

Xəbər 644 dəfə oxundu.