Naxçıvanlı boksçular ölkə çempionatında iki medal qazanıblar
Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının idmançıları kişi boksçular arasında keçirilən Azərbaycan çempionatında uğurlu nəticələr qazanıblar.

Boks Mərkəzində təşkil olunan çempionatda 69 kiloqram çəki dərəcəsində rinqə çıxan Sərxan Əliyev final görüşündə Sumqayıt təmsilçisi Vüsal Əliyevi məğlub edərək ölkə çempionu adına layiq görülüb. 57 kiloqram çəki dərəcəsində isə Tayfur Əliyev çempionatın gümüş medalını qazanıb.

Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən mükafatlandırılıblar.

Qeyd edək ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 29 komandanın 109 boksçusu qüvvəsini sınayıb. Altı gün davam edən turnirdə 8 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşdirilib.


Xəbər 682 dəfə oxundu.