Gender bərabərliyi və yeniyetmə qızlar arasında futbolun inkişafına dair layihənin final mərasimi keçirilib
Şəkidə inklüzivlik ilə bağlı tam orta və xüsusi yardımçı məktəblərin şagirdləri arasında “Gender bərabərliyi və birləşmiş idman (UNIFIED Sport) üzrə yeniyetmə qız futbolunun inkişafı” layihəsinin final mərasimi keçirilib.

Layihədə 14-17 yaşlı tam orta və xüsusi – yardımçı məktəblərin qız şagirdləri iştirak ediblər. Layihədə əsas məqsəd gender bərabərliyinin təbliği, əqli və sağlamlıq imkanları məhdud olan uşaqların sağlam idmançılarla birgə mübarizə apararaq idman vasitəsilə bərpası və sağlam cəmiyyətimizə inteqrasiyasına nail olmaqdır.

Şəki Şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov, BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev və Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev çıxışlarında layihənin əhəmiyyətini vurğulayıblar.

Açılış mərasimindən sonra futbol yarışı keçirilib və qaliblər mükafatlandırılıb.

Bu ilin aprelindən start götürən layihəyə dekabrda yekun vurulacaq.

Xəbər 713 dəfə oxundu.