Mini-futbol üzrə Ağcabədi turnirinə yekun vurulub
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Məmməd Əsədov adına şəhər 5 saylı tam orta məktəbin meydançasında mini-futbol üzrə məktəblər arasında rayon turniri keçirilib.

Turnirdə rayon məktəblərindən 12 komanda iştirak edib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirin yekununda Səməd Vurğun adına şəhər 4 nömrəli tam orta məktəbin komandası birinci yeri tutub. Bir nömrəli tam orta məktəbin komandası yarışı ikinci, 6 nömrəli tam orta məktəbin şagirdləri isə üçüncü pillədə başa vurublar.

Mükafatçılara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və kubok təqdim olunub.

Xəbər 692 dəfə oxundu.